“Real”ın müdafiəçisi zədələnib
14.03.2025 - 00:27
"Real Madrid"in müdafiəçisi Ferlan Mendi zədələnib.
Apasport.az xəbər verir ki, fransız futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Atletiko"ya qarşı matçda sıradan çıxıb.
29 yaşlı oyunçu bud əzələsindəki zədə səbəbindən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, Mendi 2019-cu ildə "Real"a "Lion"a 48 milyon avro qarşılığında transfer olunmuşdu.
Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 assistlə yadda qalıb.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0