“Real”ın yeni baş məşqçisi bəlli olub - RƏSMİ
12.01.2026 - 21:29
“Real”ın yeni baş məşqçisi bəlli olub - RƏSMİ

Xabi Alonso ilə yollarını ayıran “Real Madrid”in yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi bu posta müvəqqəti olaraq Alvaro Arbeloanı təyin edib.

Bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Arbeloa mövsümün əvvəlindən “Real Madrid”in əvəzedici komandasına rəhbərlik edirdi.