Reşford Almaniya nəhənginin hədəfində: "BAVARİYA"DAN TƏKLİF
08.06.2026 - 16:17
Reşford Almaniya nəhənginin hədəfində: "BAVARİYA"DAN TƏKLİF

"Mançester Yunayted"in futbolçusu Markus Reşford karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, hücumçunun xidmətində "Bavariya" maraqlıdır.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Münhen təmsilçisi ingiltərəli forvard üçün "qırmızı şeytanlar" 34,5 milyon funt-sterlinq ödəməyə hazırdır. "Yunayted"in keçidə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki,  Reşford ötən mövsüm icarə əsasında "Barselona"da çıxış edib.