“Roma” “Porto”nun 19 yaşlı futbolçusunu transfer etdi - RƏSMI
19.08.2026 - 14:53
İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi Portuqaliyanın “Porto” klubunun hücumameyilli yarımmüdafiəçisi Rodriqo Moranı transfer edib.
Keçid “Roma” tərəfindən rəsmən açıqlanıb.
19 yaşlı portuqaliyalı futbolçu yeni komandasında 86 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Mora “Porto”nun əsas komandasında 80 matçda meydana çıxıb və 16 qol vurub.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0