“Roma”nın mərkəz hücumçusu Artem Dovbik uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Apasport.az xəbər verir ki, ukraynalı futbolçu İtaliya çempionatında “Leççe” ilə son oyunda aldığı zədə səbəbindən təxminən iki ay oynaya bilməyəcək.
Bu barədə insayder Matteo Moretto sosial şəbəkə hesabında məlumat yayıb. Daha əvvəl mətbuatda “Roma”nın Dovbiki yanvar transfer pəncərəsində satmaq niyyətində olduğu bildirilmişdi, lakin futbolçunun zədəsinin bu planları çətinləşdirəcəyi qeyd olunur.
Qeyd edək ki, Artem Dovbik cari mövsüm A Seriyasında 13 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ