"Roma"nın müdafiəçisi "Bayer"də
31.01.2025 - 14:14
Almaniya klublarından "Bayer" heyətini ispaniyalı yeni müdafiəçi ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə Bundesliqa çempionu rəsmi sosial media hesabında paylaşım edib.
Komanda "Roma"dan Mario Hermosanı icarə əsasında heyətinə qatıb.
29 yaşlı mərkəz müdafiəçisi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayından "Roma"da çıxış edən Hermosa bütün turnirlərdə 13 matça çıxıb, 1 qolla yadda qalıb.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0