Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun yığma ilə bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu 37 yaşlı hücumçunun özü açıqlayıb.
Ronaldo bildirib ki, milli karyerasını başa vurmaq barədə düşünmür və ən azı AVRO-2024-də də oynayacaq: “Hələ motivasiya və iddia hiss edirəm. Yığmadakı yolum başa çatmayıb. Heyətimizdə çox sayda gənc və yüksək səviyyəli oyunçular var. Mən AVRO-2024-də də olmaq istəyirəm”.
Qeyd edək ki, milli komandalardakı qol sayında dünya rekordçusu olan Ronaldo yığmada 169 matçda 117 dəfə fərqlənib. O, indiyədək 5 dəfə - 2004, 2008, 2012, 2016 və 2020-ci ilin Avropa çempionatında iştirak edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı