Farer adalarının “Klaksvik” klubu “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə bağlı qeyri-ciddi paylaşım edib.
Apasport.az saytının məlumatına görə, adıçəkilən komanda “qırmızı şeytanlar”dan ayrılmaq fikrində olan 37 yaşlı superulduzu məsxərəyə qoyub.
Onlar Portuqaliya millisinin kapitanı üçün ingilislərə qoyun sürüsü təklif etdiklərini yazıblar: “Biz Ronaldo üçün ən yaxşı 20 qoyunumuzu təklif etdik. Hazırda “Mançester Yunayted”dən cavab gözləyirik”.
Qeyd edək ki, “Mançester Yunayted”in yay təlim-məşq toplanışına qatılmayan Kriştiano Ronaldo rəhbərlikdən gələn ilin yayına qədər olan müqaviləsinə xitam verilməsini tələb edib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI