İtaliya millisinin keçmiş hücumçusu Antonio Kassano “Mançester Yunayted”in forvardı Kriştiano Ronaldoya məsləhət verib.
Apasport.az saytının məlumatına görə, Kassanonun fikrincə, Portuqaliya millisinin kapitanı artıq karyerasını başa vurmalıdır.
Onun sözlərinə görə, 37 yaşlı superulduz əvvəlki gücündən uzaqdır: “Dözə bilmirsənsə, bitirməlisən. Bu, bütün idman növlərinin qaydasıdır. Ronaldo çoxlu kuboklar əldə etdi, fenomen idi, külli miqdarda pul qazandı. Ancaq artıq “Mançester Yunayted”in ulduzu deyil”.
Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı