Roys xərəkdə aparıldı
17.09.2022 - 19:14
Dortmund “Borussiya”sı itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Marko Roys zədələnib.
O, Bundesliqanın bugünkü qarşılaşmasında xəsarət alıb. Roys “Şalke” ilə qarşılaşmanın gedişində zədə alıb.
Marko ilk yarıda rəqib oyunçu Florian Fliklə toqquşub. Ayağa qalxa bilməyən yarımmüdafiəçi xərəklə meydandan çıxarılıb. Bu zaman futbolçu göz yaşını saxlaya bilməyərək ağlayıb.
Qeyd edək ki, karyerası boyu zədə səbəbindən bir sıra vacib oyunları buraxan Marko Almaniya millisinin çempion olduğu DÇ-2014-dən də kənar qalıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0