“Fulhem”ə qarşı qarşı hücum xəttində əksiklərimiz olsa da, mən bu şəkildə çalışmağa davam edəcəyəm”
Bu sözləri İngiltərə Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən “Fulhem” – “Mançester Yunayted” (0:1) oyunundan sonra qırmızı şeytanların baş məşqçisi Ruben Amorim deyib.
Təcrübəli mətəxəssis Markus Reşfordun bu oyun da iştirak etməməsinə münasibət bildirib.
“Səbəb eynidi. Hər zaman eyni idi. Heyətdən kənar qalmasının tək bir səbəbi məşqdi. Bir şeylər dəyişmədikcə, mənim də fikrim dəyişməyəcək”.
Qeyd edək ki, Markus Reşford Premyer Liqa təmsilçisindən ayrılmağa hazırlaşır