Rüdiger yenə sıradan çıxdı
08.03.2025 - 16:24

"Real"da ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Antonio Rüdiger sıradan çıxıb.
O, La Liqanın "Rayo Valyekano" ilə görüşünü buraxa bilər.
Buna səbəb futbolçunun xəstələnməsidir.
Almaniyalı oyunçu komandadan ayrı məşq edib. Onun növbəti matçda iştirakı sual altındadır.
Qeyd edək ki, Rüdiger 2022-ci ildə "Çelsi"dən "Real"a transfer olunub.
0
0