Sabiq "Arsenal"lı İtaliya klubunda
29.01.2025 - 15:05
Premyer Liqa nəhənglərindən “Arsenal”ın sabiq futbolçusu Pablo Marinin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, müdafiəçi karyerasını İtaliyada davam etdirəcək.
O, İtaliya A Seriya təmsilçilərindən “Fiorentina” ilə müqavilə imzalayıb.
Mari daha əvvəl “Montsa”, "Udineze", "Flamenqo", "Arsenal", "Mançester Siti", "Jirona" kimi klublarda çıxış edib.
Qeyd edək ki, müdafiəçi cari mövsüm bütün turnirlərdə 21 oyun keçirib.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0