Sabiq “Barselona”lı karyerasını baş vurdu
03.03.2025 - 18:35

“Barselona”nın yetirməsi və sabiq futbolçusu Andrey Fontas karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə futbolçunun özü sosial media hesabından məlumat paylaşıb.
35 yaşlı müdafiəçi son olaraq MLS-də “Kanzas Siti” forması geyinmişdi.
Andrey Fontas hansı klublarda çıxış edib?
Xatırladaq ki, ispaniyalı oyunçu karyerası ərzində “Barselona”, “Selta Viqo”, “Malyorka” kimi komandaların şərəfini qoruyub.
Andrey Fontas statistikası
Qeyd edək ki, Fontas indiyə qədər, 369 rəsmi matçda iştirak edib və 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Fonseka ciddi cəza ilə qarşı-qarşıya: 7 ay futboldan uzaqlaşdırıla bilər
- "Fənərbaxça"da sürpriz ayrılıq
- "Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
- Suarez Messinin yoxluğunu doldurdu - 1 qol, 3 məhsuldar ötürmə
- "Mançester Yunayted" "İnter"in ən yaxşı futbolçusunu almaq istəyir
0
0