Sampaoli Fransa klubunu tərk edə bilər
31.01.2025 - 01:39
Sampaoli Fransa klubunu tərk edə bilər

Fransanın “Renn” klubu baş məşqçi Xorxe Sampaoli ilə yollar ayırmağa çox yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Klub rəhbərliyi komandanın çıxışından narazıdır və Sampaolini istefaya göndərməyi planlaşdırır.

Xatırladaq ki, mütəxəssis ötən ilin noyabrında “Renn”ə baş məşqçi təyin edilib.

Qeyd edək ki, komanda Fransa çempionatında 19 turdan sonra 17 xalla 16-cı sıradadır.

0