"Samsunspor"da ayrılıq - "Olimpiakos"la anlaşdı
15.09.2026 - 17:49
"Samsunspor"un hücumçusu Marius Muandilmandji karyerasını Yunanıstanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu "Olimpiakos"la anlaşıb.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin iddiasına görə, Yunanıstan təmsilçisi çadlı oyunçu üçün Super Liqa klubuna 9 milyon avro ödəyəcək. Futbolçu yeni komandasında illik 1,3 milyon avro qazanacaq.
Qeyd edək ki, Marius Muandilmadji "Samsunspor"da 2023-cü ildən çıxış edir.
0
0