Şenol Güneş istefa verdi
10.03.2025 - 18:26
Şenol Güneş istefa verdi

Türkiyə Super Liqası komandalarından "Trabzonspor"un baş məşqçisi Şenol Güneş istefa verib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssislə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Qeyd edək ki, türkiyəli baş məşqçi mövsümün əvvəlindən "Trabzonspor"a rəhbərlik edirdi.