Simeonenin oğlu daha 4 il “Atletiko”da - RƏSMİ
15.01.2026 - 19:58
İspaniya La Liqa təmsilçisi "Atletiko Madrid"in futbolçusu Culiano Simeonenin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 23 yaşlı vingerlə müqavilənin müddətini uzadılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, argentinalı oyunçu daha 4 il Madrid təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Culiano Simeone "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğludur.
0
0