“Siti”nin müdafiəçisi “Fənərbaxça”nın hədəfində
20.01.2026 - 23:27
“Siti”nin müdafiəçisi “Fənərbaxça”nın hədəfində

“Mançester Siti”nin müdafiəçisi Con Stounz karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Fənərbaxça” 31 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Bu barədə “The Sun” nəşri məlumat yayıb.

“Şəhərlilər”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Stounzun yeni mövsümə hansı komandada başlayacağı hələ dəqiqləşməyib.

Çünki ona həm PSJ, həm də “Mançester Siti”dən yeni müqavilə təklifi gəlib.

Bu mövsüm İngiltərə klubunun heyətində Premyer Liqada cəmi 7 oyun keçirmiş ingilis futbolçu hələ tam qərarını verməyib. Con Stounz əvvəlki illərdə “Barnsli” və “Everton”da da çıxış edib və 2016-cı ildən bəri “Mançester Siti”nin formasını geyinir.