Argentina millisinin baş məşqçisi Lionel Skaloni kapitan Lionel Messi barədə fikirlərini bölüşüb.
Apasport.az saytının məlumatına görə, çalışdırıcı 35 yaşlı hücumçudan razılıq bildirib.
Skaloni adaşının komandada xüsusi yer tutduğunu vurğulayıb: “Leo həmişə meydanda olmaq istəyir. Burada olduğum müddətdə həmişə oynayacaq, buna şübhə yoxdur. Pis bir hadisə olmasa, daim meydana çıxacaq. Messinin işi xüsusidir. Lionel xoşbəxtdir, yaxşı oynayır və onu başa düşən komandadadır. Düşünürəm ki, PSJ-də də bir addım irəliləyib”.
Qeyd edək ki, Lionel Messi Hondurasla keçirilən son yoldaşlıq görüşündə 2 qol vurub.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı