“Yuventus” hücum xəttini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, Turin klubu “Atletiko”nun hücumçusu Aleksander Sörlotun transferi üçün danışıqlara başlayıb.
Bu barədə italiyalı jurnalist Canluka Di Marzio məlumat yayıb. Bildirilir ki, “Yuventus” norveçli forvardı heyətinə qatmaq üçün mümkün şərtləri öyrənir.
Turin təmsilçisi yeni mövsüm öncəsi hücum xəttində rəqabəti artırmağı planlaşdırır. Sörlot da klubun transfer siyahısında əsas namizədlərdən biri hesab olunur.
Qeyd edək ki, Aleksander Sörlot 2025/2026 mövsümündə “Atletiko”nun heyətində 34 matçda 13 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
- “Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir”
- İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı
- “Qalatasaray”ın futbolçusu milli karyerasını başa vurdu