Super Liqa təmsilçisi “Şaxtyor”un futbolçusu ilə razılaşıb
29.01.2025 - 20:23
Türkiyə Super Liqası təmsilçilərindən “Eyüpspor” heyətini gücləndirməuə davam edir.
Apasport.az xəbər verir ki, klub Ukraynanın “Şaxtyor” komandasının kapitanı Taras Stepanenkonu heyətinə qatmağa hazırlaşır.
Tərəflər arasında razılaşmaya əsasən, Türkiyə təmsilçisi bu transfer üçün qarşı tərəfə heç bir ödəniş etməyəcək.
35 yaşlı oyunçu ilə 1,5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Ukrayna millisinin üzvü bu mövsüm “Şaxtyor”un heyətində 14 rəsmi matça çıxıb.
0
0