Tedesko: “Nkunkunun Türkiyəyə gəlməsi real görünmür”
13.01.2026 - 12:31
Tedesko: “Nkunkunun Türkiyəyə gəlməsi real görünmür”

Fənərbaxçanın baş məşqçisi Domeniko Tedesko İtaliyanın "La Gazzetta dello Sport" qəzetinə açıqlama verib.

Apasport.az xəbər verir ki, mütəxəssis adı “Fənərbaxça” ilə hallanan Kristofer Nkunku ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

“Şayiələrdən xəbərdaram. Kristofer Nkunkunu çox bəyənirəm. Amma qış transfer pəncərəsi fərqlidir; kiminlə müqavilə imzalayacağınıza həmişə qərar verə bilmirsiniz. Hazırda Kristoferin Türkiyəyə gəlməsi ehtimalı çox azdır.”

Milan Şkrinyarın İtaliyaya qayıtma ehtimalı ilə bağlı suala isə belə cavab verib:

"Milan Şkrinyarın İtaliyaya qayıtmasından söhbət gedə bilməz. Onu buraxmayacağam".