Terim Səudiyyə Ərəbistanında bir ilk yaşadı
01.03.2025 - 10:15

2024-cü ilin sonunda təəccüblü şəkildə Səudiyyə Ərəbistanına gedən Fatih Terim "Əl-Şəbab"la bir ilk yaşayıb.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 23-cü turu çərçivəsində "Əş-Şəbab" "Damak"ı qəbul edib. Fatih Terimin yetirmələri qarşılaşmada 2:0 qalib gəlib.
Beləliklə, Terim ilk dəfə liqada ardıcıl iki matçda qalib gəlib.
“Əş-Şəbab” bununla da xallarını 39-a yüksəldib və 6-cı sıradakı yerini qoruyub. "Damak" isə 24 xalla 13-cü pillədədir.
- "Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
- Suarez Messinin yoxluğunu doldurdu - 1 qol, 3 məhsuldar ötürmə
- "Mançester Yunayted" "İnter"in ən yaxşı futbolçusunu almaq istəyir
- Günün canlı yayımlanacaq matçları bu kanallarda
- "Qalatasaray"lıları əsəbiləşdirən hərəkət: "Kasımpaşa" oyundan sonra... - VİDEO
0
0