Titulun sahibi kim olacaq? - "Trabzonspor" "Barselona"ya qarşı - YENİLƏNİR
28.04.2025 - 13:53
Titulun sahibi kim olacaq? - "Trabzonspor" "Barselona"ya qarşı - YENİLƏNİR

Bu gün UEFA Gənclər Liqasının finalı matçı keçiriləcək.

Apasport.az xəbər verir ki, həlledici görüşdə “Trabzonspor”un və “Barselona”nın U-19 komandaları üz-üzə gələcək.

İsveçrənin Nyon şəhərindəki “Kolovray” stadionunda baş tutacaq final matçı Bakı vaxtilə saat 20:00-da start götürəcək. 

Qarşılaşmanı italiyalı referi Andrea Kolombo idarə edəcək. 

“Trabzonspor” qələbə qazansa, UEFA Gənclər Liqasında tarix yazacaq və bu titulu qazanan ilk türk klubu olacaq.

Qeyd edək ki, "Trabzonspor" - "Barselona" matçı "TRT Spor" kanalında canlı yayımlanacaq.