Toraldan sonra fransız vinger: "Bursaspor" iddialıdır
06.06.2026 - 15:40
Geridə qalan mövsüm 2-ci liqada çempion olaraq Türkiyə 1-ci liqasına yüksələn "Bursaspor" transfer işlərinə davam edir.
Apasport.az xəbər verir ki, "ağ-yaşıllar" Fransa "Bastia"sının sol cinah oyunçusu Amin Butrahı heyətinə qatıb.
Bu barədə "Foot Mercato" məlumat yayıb.
25 yaşlı fransız futbolçuyla 3 illik müqavilə imzalanacaq. Bu bursalıların sayca 3-cü transferi olacaq.
Butrah 25-26 mövsümündə "Bastia" formasıyla 30 oyuna çıxıb, 2 qol vurub, 3 qol ötürməsi edib.
Qeyd edək ki, Bursa təmsilçisi daha əvvəl Yurqen Elitim və milli oyunçumuz Toral Bayramovu heyətinə qatmışdı.
0
0