Türkiyə Super Liqa təmsilçisi “Qalatasaray"da ayrılıq baş verə bilər.
Apasport.az xəbər verir ki, klubun futbolçusu Lukas Torreyra karyerasını ölkəsində davam etdirə bilər.
Bu barədə yarımmüdafiəçinin meneceri Pablo Bentankur yerli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, 29 yaşlı futbolçu hazırda İstanbul təmsilçisində özünü xoşbəxt hiss etmir və Uruqvaya qayıtmağı düşünür. Buna səbəb Torreyranın ailəsi ilə daha çox vaxt keçirmək istəməsidir.
Menecer həmçinin “Atletiko Paranaense” klubunun futbolçunun transferi ilə bağlı müəyyən addımlar atmağa hazırlaşdığını da qeyd edib.
Qeyd edək ki, Lukas Torreyra 2022-ci ildən "Qalatasaray"da çıxış edir.