“Tottenhem” “Mançester Siti”nin iki ulduzuna “göz dikdi”
20.08.2026 - 00:11
“Tottenhem” “Mançester Siti”nin iki futbolçusunu transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
London klubu 22 yaşlı vinger Savinyo və 27 yaşlı hücumçu Omar Marmuşun keçidi ilə bağlı danışıqlar aparır.
Tərəflər arasında danışıqların artıq son mərhələyə çatdığı bildirilir.
“Şəhərlilər” hər iki futbolçunu ümumilikdə 150 milyon funt sterlinqə satmağa hazırdır.
Qeyd edək ki, Savinyo 2024-cü ildən “Mançester Siti”də çıxış edir. Marmuş isə ötən ilin yanvarında “Ayntraxt”dan İngiltərə klubuna keçib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0