“Tottenhem”i “Fiorentina”ya dəyişdi
15.01.2026 - 10:36
“Tottenhem”in idman direktoru Fabio Paratiçi klubdan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Paratiçinin yeni ünvanı “Fiorentina” olacaq. O, klubda futbol direktoru vəzifəsində çalışacaq. Paratiçi fevralın 4-dən işə başlayacaq.
0
0