“Tottenhem”in üzvü “Qalatasaray”ın radarında
07.01.2026 - 22:09
“Tottenhem”in üzvü “Qalatasaray”ın radarında

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, İstanbul klubu “Tottenhem”in üzvü Pape Matar Sarrla yaxından maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, komanda 23 yaşlı yarımmüdafiəçi üçün Premyer Liqa təmsilçisinə təklif göndərməyi planlaşdırır. “Tottenhem” isə seneqallı futbolçunu 35 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, Sarr bu mövsüm London klubunun heyətində 22 rəsmi matçda 2 qol və 2 assistlə yadda qalıb.