"Trabzonspor" gürcü futbolçu üçün Şotadan kömək istəyir
07.03.2025 - 14:35

Gürcüstan millisinin müdafiəçisi Saba Sazanov Türkiyə klubuna keçə bilər.
Saba Sazanov “Trabzonspor” yolunda
Apasport.az xəbər verir ki, “Trabzonspor” 23 yaşlı mərkəz müdafiəçisi ilə yaxından maraqlanır.
Qaradəniz təmsilçisi bu transferi reallaşdırmaq üçün Şota Arveladzedən kömək istəyib. Belə ki, türklər “Trabzonspor”un əfsanələrindən hesab edilən Şotanın həmyerlisini razı salacağına inanır.
Saba Sazanovun "Torino" ilə müqavilə müddəti nə vaxt bitir?
Gürcü futbolçu "Torino"ya məxsus olsa da, icarə əsasında “Empoli”də çıxış edir.
Onun Turin təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Sazanov “Zenit”in yetirməsidir, “Dinamo”da (Moskva) da oynayıb.
- Nuri Şahin addım-addım Super Liqaya doğru: İstanbul klubunu çalışdıracaq
- Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO
- “Yuventus” 58 ildən sonra ilk dəfə belə məğlub olub
- “Atletiko”nun futbolçusunu ağır cəza gözləyir
- Ronaldo Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi - FOTO
0
0