"Trabzonspor"dan AEK-ə: ZUBKOV YUNANISTAN ÇEMPİONUNA KEÇDİ
03.06.2026 - 21:10
AEK hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub "Trabzonspor"dan Aleksandr Zubkovu transfer edib.
Bu barədə Yunanıstan çempionunun mətbuat xidməti məlumat yayıb.
Türkiyə klubu keçiddən 4,5 milyon avro gəlir əldə edəcək. 29 yaşlı vinger Yunanıstan klubu ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Zubkov "Trabzonspor"un heyətində meydana çıxdığı 37 rəsmi matçda 4 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0