“Trabzonspor”dan baş məşqçisinə jest - maaşı artırıldı
19.01.2026 - 22:31
“Trabzonspor” baş məşqçi Fatih Tekkenin maaşını artırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Super Liqa təmsilçisi 48 yaşlı mütəxəssisin illik 30 milyon TL olan maaşını 90 milyon TL-yə yüksəldib.
Qeyd edək ki, Fatih Tekke 2025-ci il martın 11-də “Trabzonspor”un baş məşqçisi vəzifəsinə təyin olunub. Onun rəhbərlik etdiyi komanda hazırda 38 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
0
0