"Trabzonspor"un futbolçusu "Anderlext"ə keçib
21.01.2026 - 17:56
"Trabzonspor"un futbolçusu "Anderlext"ə keçib

"Trabzonspor" ötən ilin yanvarında heyətinə cəlb etdiyi Danilo Sikanla yolları ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə  klubun mətbuat xidməti məlumat yayıb.

Ukrayna millisinin üzvü karyerasını Belçikanın "Anderlext" klubunda davam etdirəcək. 24 yaşlı forvardla müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Sikan bu mövsüm "Trabzonspor"da 16 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.