Türkiyə Kuboku: “Beşiktaş”dan darmadağın
15.01.2026 - 23:23
Türkiyə Kuboku: “Beşiktaş”dan darmadağın

Türkiyə Kubokunda II turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, C qrupunda “Beşiktaş” səfərdə I Liqa təmsilçisi “Keçiörengücü” ilə üz-üzə gəlib.

İstanbul təmsilçisi rəqibini 3 cavabsız qolla məğlub edib – 3:0.

Qeyd edək ki, C qrupuna 6 xalla “Beşiktaş” başçılıq edir. Aktivində 3 xal olan “Rizespor”, “Kocaelispor”, “Erzurumspor”, “Fənərbaxça”, “Keçiörengücü” və “Qaziantepspor” isə 2–7-ci pillələri bölüşürlər.