Türkiyə Superkubokunun Püşkü Atılıb
21.11.2025 - 22:54
Türkiyə Superkuboku oyunlarının püşkü atılıb.
Apasport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən matçların keçiriləcəyi şəhərlər müəyyənləşib.
“Qalatasaray” – “Trabzonspor” arasında ilk yarımfinal görüşü gələn il yanvarın 5-də Qaziantep şəhərində baş tutacaq. “Fənərbaxça” – “Samsunspor” matçı isə yanvarın 6-da Adanada keçiriləcək.
Final oyunu yanvarın 10-da İstanbul Atatürk Olimpiya Stadionunda təşkil olunacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qeyd edək ki, Türkiyə Superkuboku tarixdə ilk dəfə 4 komandanın iştirakı ilə keçiriləcək.
- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
0
0