FIFA Türkiyənin daha bir klubuna transfer qadağası qoyub.
Apasport.az saytının məlumatına görə, “Bursaspor” və “Hatayspor”dan sonra bu dəfə Super Liqa təmsilçisi “Giresunspor” sanksiya ilə üzləşib.
Tibbi müayinəsi zamanı xərçəng xəstəliyi aşkarlanan sabiq futbolçu Jan-Pyerr Korreonun şikayətinə baxan ali futbol qurumu giresunluların iki transfer dönəmində heyətinə oyunçu qatmasına qadağa qoyub. Bundan başqa, qardaş ölkə təmsilçisi 765 min avroluq cəriməyə də məruz qalıb.
Qeyd edək ki, “Giresunspor” ötən mövsümün qış fasiləsində Jan-Pyerr Korreonun icarəyə götürülməsində hərtərəfli anlaşma əldə etdikdən sonra tibbi müayinə zamanı oyunçuda xərçəng xəstəliyi aşkarlandığı üçün keçid baş tutmayıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA