UEFA "Bavariya"nı cəzalandırıb
09.01.2026 - 10:57
UEFA "Bavariya"nı cəzalandırıb

UEFA İntizam Komitəsi Almaniyanın "Bavariya" klubunu cəzalandırıb.

Apasport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bundesliqa təmsilçisinin cəzalanmasına ötən ilin dekabında UEFA Çempionlar Liqasında "Sportinq"ə (Portuqaliya) qarşı keçirilən ev oyununda azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

Qərara əsasən, "Bavariya"nın ev oyunlarını keçirdiyi "Alyans Arena"nın Cənub tribunası Çempionlar Liqasında "Yunion"a (Belçika) qarşı növbəti matçda azarkeşlər üçün bağlı olacaq.

Bundan əlavə, klub 50 min avro cərimələnib.