UEFA-nın Bakıda keçirilən “Bağçalarda Futbol Dərsi” layihəsi davam edir
01.11.2024 - 16:13
UEFA-nın Bakıda keçirilən “Bağçalarda Futbol Dərsi” layihəsi davam edir

AFFA-nın dəstəyi ilə keçirilən UEFA-nın “HatTrick” proqramı çərçivəsində “Bağçalarda Futbol Dərsi” layihəsi davam edir.

Apasport.az xəbər verir ki, qurumun Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və layihənin koordinatoru Orxan Mikayıllı bu gün Bakı şəhəri, Nizami rayonunda yerləşən 59 nömrəli uşaq bağçasında olublar.

AFFA rəsmiləri dərs prosesində uşaqlarla birlikdə iştirak ediblər.

Qeyd edək ki, layihə ölkəmizdə 6 uşaq bağçasında həyata keçirilir.

0