Ulduz futbolçu "Qalatasaray"dan gedir - Okan Buruk istəmir
27.02.2025 - 14:53

İstanbul nəhənglərindən "Qalatasaray" mövsüm sonunda gənc futbolçusu Yusuf Demirlə yollarını ayıracaq.
Yusuf Demir "Qalatasaray"dan niyə ayrılır?
Apasport.az xəbər verir ki, klub rəsmiləri maliyyə məsələsi səbəbindən bəzi futbolçularla yollarını ayıracaqlarını, siyahının başında isə Yusuf Demirin gəldiyini bildiriblər.
21 yaşlı avstriyalı ötən mövsümün sonunda İsveçrənin "Bazel" klubundan İstanbul nəhənginə keçmişdi.
Yusuf Demirin "Qalatasaray"dakı statistikası necədir?
Qeyd edək ki, Yusuf bu mövsüm "Qalatasaray" forması ilə 12 oyunda meydana çıxıb. 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
- Suarez Messinin yoxluğunu doldurdu - 1 qol, 3 məhsuldar ötürmə
- "Mançester Yunayted" "İnter"in ən yaxşı futbolçusunu almaq istəyir
- Günün canlı yayımlanacaq matçları bu kanallarda
- "Qalatasaray"lıları əsəbiləşdirən hərəkət: "Kasımpaşa" oyundan sonra... - VİDEO
0
0