“Valensiya”dan gürcü qapıçı ilə bağlı qərar
19.09.2022 - 19:09
“Valensiya” qapıçısı Georgi Mamardaşvili ilə yeni müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, gürcüstanlı qolkiperlə yeni anlaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
21 yaşlı futbolçu Tbilisi “Dinamo”sunun yetirməsidir. “Rustavi” və “Lokomotiv”də də oynamış əlcək sahibi 2021-ci ilin yayında 200 min avroya La Liqa klubuna icarəyə verilib. Yarım il sonra daha 850 min ödəyən ispaniyalılar onu transfer edib.
Qeyd edək ki, Mamardaşvili “Valensiya”dakı 27 oyunda 27 qol buraxıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0