Vinisiusdan unikal nailiyyət
23.01.2025 - 10:32
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Real Madrid" "Zalsburq"u darmadağın edib - 5:1.
Apasport.az xəbər verir ki, Vinisius Junior matçın 55 və 77-ci dəqiqəsində fərqlənib.
Beləliklə, braziliyalı hücumçu Madrid klubunun forması ilə 100 qol həddini ötüb.
Vinisius "Real Madrid" tarixində bu mərhələyə çatan ikinci braziliyalı oldu.
Bu göstəriciyə çatan ilk futbolçu isə 2002-2007-ci illərdə "Real Madrid"də çıxış edən Ronaldo Nazario olub.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0