Son olaraq "Yuventus"da çıxış edən Duşan Vlahoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, serbiyalı hücumçunun azad agent kimi “Beşiktaş”a keçidi gündəmdədir.
Bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər 2029-cu ilə qədər nəzərdə tutulan müqavilənin şərtlərini demək olar ki, razılaşdırıblar. Vlahoviçin illik maaşı bonuslar nəzərə alınmadan 8 milyon avro olacaq. Hücumçu müqavilə imzaladığı üçün əlavə olaraq yüksək məbləğdə bonus da əldə edəcək.
Danışıqlarda “Beşiktaş”ın baş məşqçisi Vinçentso İtalyanonun mühüm rol oynadığı bildirilir.
Qeyd edək ki, Serbiyalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 23 oyunda 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı