Xabi Alonso: "Həmişə ən yaxşı komanda qalib gəlmir"
05.03.2025 - 10:18
Xabi Alonso: "Həmişə ən yaxşı komanda qalib gəlmir"

"Biz yaxşı formadayıq və "Bavariya"ya qarşı mübarizə apara biləcəyimizi göstərmək istəyirik".

Apasport.az xəbər verir ki, bu sözləri "Bayer"in baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasının 1/8 mərhələsində "Bavariya" ilə görüşdən öncə baş tutan mətbuat konfransında deyib. 

"Biz başa düşürük ki, Çempionlar Liqası və Bundesliqa tamamilə fərqli iki turnirdir. Çempionlar Liqası getdikcə emosional xarakter alır. Biz bir-birimizi yaxşı tanıyırıq, bu yaxınlarda Bundesliqada üz-üzə gəlmişik. Onların hücumunun öhdəsindən gəlməyə çalışmaq lazımdır. "Bavariya" Almaniyanın ən yaxşı komandasıdır, amma ən yaxşı komanda həmişə qalib gəlmir".

Qeyd edək ki, "Bavariya" bu gün saat 00:00-da "Bayer"i qəbul edəcək.