Xorvatiyalı futbolçu “İnter”də
26.01.2026 - 19:38
Xorvatiyalı futbolçu “İnter”də

"İnter" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Milan təmsilçisi "Dinamo"dan Leon Yakiroviçi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"İnter" xorvatiyalı üçün qarşı tərəfə 2,5 milyon avro ödəyib.

18 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Xorvatiya U18 millisinin üzvü olan Leon Yakiroviç "Dinamo"nun U-19 komandasında çıxış edirdi.