“Barselona” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün əsas hədəfini müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, Kataloniya klubu “Atletiko”nun hücumçusu Xulian Alvarezin durumunu yaxından izləyir.
İtaliyalı insayder Matteo Morettonun məlumatına görə, argentinalı futbolçunun özü də yayda “Barselona”ya keçmək istəyir.
“Barselona” yaxın günlərdə “Atletiko” və Alvarezin nümayəndələri ilə əlaqə saxlayacaq.
Kataloniyalılar 26 yaşlı forvardın keçidini reallaşdıra bilməsə, alternativ variant kimi “Çelsi”nin hücumçusu Joao Pedronu nəzərdən keçirəcək. Braziliyalı futbolçunun da “Barselona”ya keçid ideyasına müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Xulian Alvarez 2024-cü ildən “Atletiko”da çıxış edir.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer