Yıldız üçün Premyer Liqa variantı
02.03.2025 - 09:24
Yıldız üçün Premyer Liqa variantı

"Yuventus"da ayrılıq yaşana bilər.

Apasport.az xəbər verir ki, Kenan Yıldız komandanı tərk etməyə yaxındır.

O, "Çelsi"nin maraq dairəsinə düşüb.

Londonlular hücumçu üçün 80 milyon avro ödəməyə hazırdır. Lakin turinlilər bu məbləğə razılaşmır.

"Qoca sinyora" türkiyəli ulduz üçün 100 milyon avro tələb edir.