“Yunayted”i “Ayaks”a dəyişə bilər
21.01.2026 - 20:54
“Yunayted”i “Ayaks”a dəyişə bilər

“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte karyerasını Niderlandda davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Ayaks” uruqvaylı futbolçunu icarəyə götürmək niyyətindədir.

Bu barədə “The Athletic” məlumat yayıb.

Lakin “qırmızı şeytanlar” baş məşqçi dəyişdikdən sonra Uqartenin komandadan ayrılmasına icazə verməyi planlaşdırmır.

Qeyd edək ki, 24 yaşlı oyunçu bu mövsüm “Yunayted”in heyətində 18 rəsmi oyunda iştirak edib.