“Yunayted”in yeni baş məşqçisi bəlli olub
13.01.2026 - 23:52
“Yunayted”in yeni baş məşqçisi bəlli olub

Ruben Amorimlə yollarını ayıran “Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar”a Maykl Kerrik rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, ingiltərəli mütəxəssis mövsümün sonuna qədər Premyer Liqa klubunu çalışdıracaq.

Qeyd edək ki, “Yunayted” hazırda çempionatda 32 xalla 7-ci pillədə qərarlaşıb.