“Yuventus”un futbolçusu Ueston Makkenni qış transfer pəncərəsində klubu tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Almaniya klublarının maraq dairəsindədir.
Bundesliqanın bir neçə komandası 24 yaşlı amerikalını heyətində görmək istəyir. “Yuventus” Makkennini satmağa razıdır.
Sergey Milinkoviç-Saviçi heyətinə qatmağı planlaşdıran Turin təmsilçisi Uestonun satışından əldə olunacaq vəsaitdən yararlanmaq niyyətindədir. 2020-ci ildə “Şalke”dən 4,5 milyon avroya icarəyə götürülən amerikalı sonradan 20,5 milyona alınıb.
Qeyd edək ki, cari mövsümdə 11 oyun keçirən Makkenni 1 qol vurub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA